Macarıstanın Baş naziri Viktor Orban Serbiya Prezidenti Aleksandr Vuçiç ilə danışdıqdan sonra müdafiə şurasının təcili iclasını çağırıb. Vuçiç ona Serbiyadan Macarıstana gedən qaz kəməri yaxınlığında partlayıcı maddələrin və detonatorların aşkarlanması barədə telefonla məlumat verib.
"Serbiya hakimiyyəti Serbiya ilə Macarıstanı birləşdirən vacib qaz infrastrukturu obyektində güclü partlayıcı qurğu və onu partlatmaq üçün vasitələr aşkar edib", Orban Facebook-da yazıb.
SAMİRƏ