İranın Buşehr nüvə elektrik stansiyası ətrafında hadisələr ən pis ssenari üzrə inkişaf edir.
TASS-ın məlumatına görə, bu sözləri Rosatom-un baş direktoru Aleksey Lixaçov deyib. O vurğulayıb ki, Fars körfəzindəki münaqişə fonunda vəziyyətin gərginləşməsi stansiyanın yaxınlığında mənfi nəticələrə gətirib çıxarır.
Qeyd edək ki, aprelin 4-də Buşehr nüvə elektrik stansiyasının fiziki təhlükəsizlik perimetrinə zərbə endirilib. Lixaçov qeyd edib ki, bu, stansiyanın təhlükəsizlik xidmətində çalışan İran vətəndaşının ilk ölüm hadisəsidir və bu göstərir ki, nüvə hadisəsi ehtimalı getdikcə artır.
Xatırladaq ki, hadisədən dərhal sonra Rusiya özünün Buşehrdəki 200 nəfərə yaxın atom mütəxəssisinin təxliyəsinə başlayıb.
SAMİRƏ