Son dörd il ərzində Gürcüstan ərazisində beşinci dəfə "Maydan" təşkil etməyə cəhd olunub. Sonuncu 5-ci cəhd oktyabrın 4-də oldu. Dörd il ərzində radikallar artıq beş dəfə hakimiyyəti devirməyə, “Maydan” qurmağa cəhd etdilər. Amma hər dəfə də uğursuzluğa düçar oldular.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının yerli seçkilərdə qələbəsini həzm edə bilməyən radikallar xarici havadarlarının dəstəyi ilə ölkədə hakimiyyəti devirməyə cəhd ediblər. Lakin hər zaman olduğu kimi onların bu cəhdi də uğursuzluqla nəticələndi. Gürcü xalqı bir qrup radikallardan ibarət deyil. Gürcü xalqı həqiqəti görür, ölkədə sülhü və sabitliyi müdafiə edir. Ölkədə sülhün və sabitliyin yeganə təminatçısı isə “Gürcü Arzusu” partiyasıdır”, - deyə Kobaxidze vurğulayıb.
ZÜMRÜD