Gürcüstanın Birinci kanalı xəbər verir ki, Tiflisdə hazırda davam edən mitinqin iştirakçılarından biri çıxış edərək mitinq təşkilatçılarından izahat istəyib.
Onun sözlərinə görə, hər kəs bu gün hansı planın olması və mitinq iştirakçılarının niyə toplaşması ilə maraqlanır.
“Belə olmaz. Burada insanları küçəyə çıxardılar ki, ölkəmizdə nəsə daha yaxşı bir şey versinlər. Burada dayananların heç biri eşşək deyil ki, onları sağa-sola gəzdirmək mümkün olsun. Mən aşağıda idim, insanlara qulaq asırdım – hamını maraqlandırır, bu gün biz nə edirik, niyə bura çıxmışıq. Mən elə adam deyiləm ki, adımı gizlədim – mən Sandro Bagateliyam, baytar həkimiyəm. Bizim demək istədiyimiz budur – cavab verin, biz niyə buraya çıxmışıq”, – deyə Sandro Bagateliya təşkilatçılardan izahat istəyib.
Bagateliyanın sözləri mikrofona yaxın dayanan bəzi iştirakçılar tərəfindən etirazla qarşılanıb və onlar mikrofonu onun əlindən almağa çalışıblar.
TAHİR