Avropa Parlamenti Rusiyadan enerji idxalının mərhələli şəkildə dayandırılmasının sürətləndirilməsi imkanlarını müzakirə edir. “Bloomberg”in mənbələrə istinadən verdiyi məlumata görə, neft idxalının 2026-cı ildən, qaz idxalının isə 2027-ci ildən qadağan edilməsi planlaşdırılır.
Avropa Parlamentinin müvafiq komitəsi oktyabrın 16-da Rusiyadan enerji idxalının azaldılması proqramı olan RePowerEU-ya təklif olunan düzəlişləri səsə qoymağa hazırlaşır. Bu tədbirlərin qüvvəyə minməsi üçün həm Aİ Şurasında, həm də Avropa Parlamentində səs çoxluğu tələb olunur.
RePowerEU ilkin olaraq, Rusiya neft və qazından 2027-ci ilin sonuna kimi mərhələli şəkildə imtina etməyi nəzərdə tuturdu. Plana həmçinin Aİ-nin Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” ilə mübarizə tədbirləri də daxildir.
TAHİR