Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşa və NATO zərurət yarandıqda hava məkanını pozan hərbi təyyarələri vurmağa hazırdır.
Onun sözlərinə görə, hər bir qərar konkret vəziyyətin dəyərləndirilməsindən sonra komandirlər və pilotlar tərəfindən qəbul olunacaq. Nazir son 48 saat ərzində Almaniya və Norveç də daxil olmaqla, 10-dan çox ölkənin müdafiə nazirləri ilə danışıqlar apardığını bildirib.
“Ortaq mövqe aydındır. Bütün təhdidlərə cavab vermək, çəkindirmək və cəsarətli qərarlar qəbul etmək vaxtıdır. NATO-nun ali komandanlığı bizdən məhz bunu tələb edir”, – deyə Vladislav Kosinyak-Kamış vurğulayıb.
ZÜMRÜD