Gürcüstanın Baş naziri İrakli Kobaxidze sərt açıqlamalarla çıxış edib. Baş nazir elan edib ki, xarici kəşfiyyat xidmətləri Gürcüstanda təxribatlar yaratmaq istəyir. SİTAT: "Biz bir daha hamıya dostcasına xəbərdarlıq edirik ki, dövlətimizin və ölkəmizin milli maraqlarına qarşı yönəlmiş zorakılıq hərəkətləri və xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilən sxemlərdə iştirakdan çəkinsinlər. Biz bu barədə əvvəllər açıq danışmamışıq, amma indi hər şeyi cəsarətlə və açıq şəkildə danışa bilərik" - Kobaxidze bildirib.
Mətləb Salahov