ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inla ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır. Bu barədə Yonhap xəbər agentliyi Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Xatırladaq ki, ilk səlahiyyət müddətində Tramp Şimali Koreya lideri ilə üç dəfə görüşüb və bu, Koreya yarımadasında vəziyyəti sabitləşdirməyə kömək edib. Agentliyin mənbəsinin sözlərinə görə, o vaxtdan bəri ABŞ-nin Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib. Xarici KİV-lərin məlumatlarına görə bu görüş Cənubi Koreyanın Kyoncu şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı da baş tuta bilər.
Mətləb