Almaniyada yeni hərbi xidmətlə bağlı qanun layihəsi gələn həftədən Bundestaqda müzakirəyə çıxarılacaq. Layihəyə əsasən, hərbi xidmət ilkin mərhələdə könüllülük əsasında nəzərdə tutulur. Lakin xarici işlər naziri İohan Vadeful parlamentin bu qanunu daha da sərtləşdirəcəyini tələb edir. Alman nazir “Funke Media” qrupuna açıqlamasında bu barədə danışıb. SİTAT: “Mən hərbi mükəlləfiyyətin dərhal bərpasının tərəfdarıyam. Amma bunu koalisiyada birgə müzakirə etməliyik”.
Mətləb Salahov