Fransa və Monakoda səfirliklərinin, eyni zamanda YUNESKO-da daimi nümayəndəsi olan Cənubi Afrika Respublikasının Parisdəki səfiri Nkosinati Emmanuel Mtetva Parisdə qaldığı otelin 22-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.
Səfirin cəsədi çərşənbə axşamı Porte Mayodakı Hyatt otelində tapılıb.
Mtetva arvadı ərindən narahatlıq doğuran mesaj aldıqdan sonra hüquq-mühafizə orqanlarını müraciət edib. Polis Bois de Boulonne bölgəsində intihar ehtimalı ilə axtarış aparıb.
Paris prokurorluğu səfirin kabinetində pəncərədə zorakılıq izləri olduğunu bəyan edib. Hadisənin intihara cəhd olub-olmaması ilə bağlı araşdırma davam edir.
2024-cü ilin fevralında Parisə təyin olunmuş Mtetva siyasi karyerasına aparteid əleyhinə birlik mübarizəsindən başlayıb.
TAHİR