İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranın ABŞ ilə birbaşa, yaxud dolayı ismarış mübadiləsi aparmasına baxmayaraq, danışıqlar faydasızdır. Bu barədə "Mehr" agentliyi xəbər yayıb. Agentliyin məlumatında deyilir ki, İran Xİn rəhbəri danışıqların perspektivinə inanmır. Onun sözlərinə görə, "Avropa üçlüyü" (Böyük Brtaniya, Fransa, Almaniya), BMT Baş katibi və AEBA-nın Baş direktoru ilə intensiv danışıqlara baxmayaraq, ABŞ-nin yüksək tələbləri və avropalıların sövdələşməsi səbəbindən kompromis əldə etmək mümkün olmayıb.
Mətləb Salahov