ABŞ Qəzzada atəşkəslə bağlı 21 bənddən ibarət olan yeni təklif irəli sürüb.
“Times of Israel” qəzetinin yaydığı 21 bəndlik atəşkəs təklifin ən mühüm müddəaları bunlardır: “Qəzzanın terrordan azad zona olması, İsrail və HƏMAS təklifi qəbul edərsə müharibənin dərhal sona çatması, ölü və sağ bütün israilli məhbusların geri qaytarılması, HƏMAS-ın Qəzzanın idarə olunmasında heç bir rolunun olmaması, İsrailin Qəzzanı işğal və ya ilhaq etməməsi və hazırda zəbt etdiyi əraziləri tədricən geri qaytarması”.
Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın 21 bəndlik təklifinə dəyişiklik edilməsini istəyir. Netanyahu bu tələbi sentyabrın 29-da ABŞ prezidenti Trampla vacib görüşündən əvvəl qaldırıb.
“Yedioth Ahronot” qəzetinin məlumatına görə, Təl-Əviv hökuməti 21 bəndlik təklifi qəbul etməyə böyük ölçüdə yaxın görünür. Ancaq bununla belə, Netanyahu hesab edir ki, bəzi bölmələr İsrailin maraqlarına uyğunlaşdırılmalıdır.
Bu arada, xarici mediada Vaşinqtonun İsrailə qarşı səbrinin tükəndiyi bildirilir. Qeyd edilir ki, Ağ Ev son zamanlar Netanyahu hökumətinə HƏMAS-la razılığa gəlmək üçün ciddi təzyiqlər edir. Sentyabrın 29-da keçiriləcək görüşdə Trampın Qəzzada müharibənin dayandırılması ilə bağlı qəti mövqe nümayiş etdirəcəyi də gözlənilir.
TAHİR