Ukrayna prezidenti Zelenski bəyan edib ki, ölkəsinin enerji infrastrukturuna hücumlar artarsa, Moskvada elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcək əks tədbirlər görülə bilər.
Zelenski “Ukraynanın paytaxtında elektrik enerjisinin kəsilməsi təhlükəsi yaranarsa, Kreml bilməlidir ki, eyni şey Rusiya paytaxtında da olacaq”.
Ukrayna lideri bu məsələni ABŞ prezidenti Donald Trampla müzakirə etdiyini və Vaşinqtonun Rusiyanın enerji və hərbi istehsal obyektlərinə cavab hücumlarını dəstəklədiyini bəyan edib.
Moskva isə bu təhdidlərə cavab olaraq enerji obyektlərinə hücumların qəbuledilməzliyini bir daha bəyan edib. Kremlin sözçüsü Dmitri Peskov enerji infrastrukturunun birbaşa və ya dolayısı ilə Ukraynanın hərbi potensialına xidmət etdiyini iddia edərək, Rusiya ordusunun addımlarına haqq qazandırmağa çalışıb. Prezident Vladimir Putin sentyabrın əvvəlində verdiyi açıqlamada Kiyevdən gələn hücumlara daha dözülməyəcəyini və Rusiyanın sərt cavab verəcəyini bildirib.
Bu arada, Ukrayna hökuməti potensial elektrik kəsintisindən qorunmaq üçün “enerji adaları” yaratmaqla kritik infrastrukturun fasiləsiz işləməsini təmin etməyə çalışır…
TAHİR