İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, bəzi məsələlərdə Avropa ölkələri ilə razılıq əldə olunub. ABŞ-ın yanaşmasınln tamamilə fərqli olduğunu deyən Pezeşkian Tramp administrasiyasının Tehrandan tələblərini də açıqlayıb.
"ABŞ deyir ki, biz bütün zənginləşdirilmiş uranımızı onlara verməliyik, bunun müqabilində bizə sanksiyaları yalnız üç aylıq müddətə yüngülləşdirməyi təklif edirlər. Bu, tamamilə qəbuledilməzdir. Bir neçə aydan sonra onlar yeni tələblərlə gələcək və "snapback" prosesini başlatmaq istəyəcəklər. Əgər onların əsassız tələbləri ilə "snapback" arasında seçim etməli olsaq, "snapback"i seçərik. Biz bu halda bütün problemlərimizi həll edə biləcəyik”.
Pezeşkian, “snapback” mexanizminin işə salınmasına qarşı lazımi tədbirlərin hazır olduğunu da vurğulayıb: “Qonşularımız, BRİCS ölkələri və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə qurduğumuz əlaqələr, eləcə də ölkəmizin müstəqilliyinə və şərəfinə inanan İran xalqı sayəsində bu vəziyyətdən çıxmağı bacaracağıq”.
TAHİR