ABŞ hökuməti Almaniyaya 1,23 milyard dollar dəyərində 35 “AIM-120D-3” tipli idarəolunan raketin satışını təsdiqləyib. Bu raketlər Almaniyanın ABŞ-dan alacağı F-35 qırıcılarının silahlanmasına daxil ediləcək.
ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənən satışa Konqresin də razılıq verməsi tələb olunur. ABŞ-ın Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) bu satışın Almaniyanın mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini artıracağını, F-35 proqramı çərçivəsində hava imkanlarını genişləndirəcəyini və həm Almaniyanın, həm də NATO-nun birgə planlaşdırma, təlim və əməliyyat tələblərini dəstəkləyəcəyini açıqlayıb.
MƏtləb Salahov