Ukrayna prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində mühüm faktlar açıqlayıb. O bildirib ki, Rusiya rəhbərliyinə müxtəlif ölkələrdə, o cümlədən Qazaxıstanda danışıqlar aparmaq təklif olunub, lakin Vladimir Putin müharibəni davam etdirmək niyyətindədir. O qeyd edib ki, Moskva ilə danışıqların təşkili üçün bir sıra ölkə liderlərinin təşəbbüsü olub. Ukrayna lideri Rusiya rəhbərinin sülh danışıqlarına mənfi yanaşdığını və bu barədə düşünməyin perspektivsiz olduğunu elan edib.
Mətləb