Birləşmiş Millətlər Təşkilatının Sammiti ərəfəsində Nyu-Yorkda qeyri-adi insident baş verib. ABŞ prezidenti Donald Trampın korteji üçün bütün yollar bağlanıb, bu zaman Fransa prezidenti Emmanuel Makronun da avtomobili polis tərəfindən saxlanılıb.
Beynəlxalq protokolda ümumiyyətlə rast gəlinməyən bu qeyri-adi hadisə qarşısında təəccüblənən Makron avtomobilindən düşərək Trampa zəng edib.
Bununla bağlı yayılan görüntülərdə Fransa liderinin uzun bir yolu piyada getdiyi görünür.
TAHİR