Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla "F-35" və "F-16" qırıcılarının tədarükünü müzakirə etməyi planlaşdırdığını bildirib. Bu barədə o, "Fox News"a müsahibəsində deyib. "Əvvəlki səlahiyyət müddətində cənab Trampa bu sual verildikdə o, Türkiyənin F-35-lər üçün pul ödədiyini, lakin heç vaxt almadığını cavablandırmışdı. İndi biz bu məsələni yenidən müzakirə edəcəyik. Biz ABŞ-dən həm "F-35"lər, həm də "F-16"lar, onların istehsalı, saxlanması və s. ilə bağlı lazım olanı etməyi gözləyirik".
Mətləb