Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Newsweek” jurnalında dərc olunan məqaləsində mühüm fikirlərə yer verib. Türkiyə lideri yazır ki, beynəlxalq hüquqla bağlı böhran və BMT Təhlükəsizlik Şurasının müasir münaqişələrin qarşısını almaq və onları həll etməkdə acizliyi göz qabağındadır.
R.T.Ərdoğan məqaləsində yazır ki, BMT-nin strukturunda dərhal islahat aparılmalıdır. SİTAT: "Bu qlobal platforma öz təməl fəlsəfəsinə uyğun fəaliyyət göstərməlidir. BMT böhran vəziyyətlərinin ədalətli həllinin səmərəli mexanizmlərini işləyib hazırlamalıdır”, – deyə Prezident Ərdoğanın məqaləsində vurğulanır.
Mətləb Salahov