ABŞ Prezidenti Donald Tramp daha bir maraqlı açıqlaması ilə gündəmə gəlib. Ağ Ev rəhbəri uşaqlıq illərində italiya idman avtomobili olan "Ferrari"yə sahib olmaq arzusunda olduğunu, lakin indi Amerika avtomobillərinə üstünlük verdiyini açıqlayıb. "Bu, qəribə görünə bilər, amma mən həmişə "Ferrari" istəmişəm. Bir müddət "Ferrari" arzuladım. İndi Amerika avtomobilləri alıram", - Tramp bildirib. Mətləb