Ermənistan Rusiyanın “Mir” bank kartının əməliyyatlarını bərpa etməyi planlaşdırır. Ermənis mediası yazır ki,, ölkənin turizm komitəsinin sədri Lusine Qevorqyan bildirib ki, ölkə “Mir” kartlarının dəstəklənməsini və QR kodlarla ödənişin tətbiqini planlaşdırır.
Qevorqyanın bildirdiyinə görə, ilin əvvəlindən ölkəyə təxminən 2 milyon xarici turist səfər edib və turizm axınının təxminən üçdə biri rus turistlərin payına düşür: “Turizm bizim üçün çox vacib bir sahədir. 2024-cü ildə onun ÜDM-dəki payı 14%-ə çatıb. Hökumət tezliklə 2026–2030-cu illər üçün turizmin inkişaf strategiyasını qəbul edəcək”.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra, 2024-cü ilin yazında sanksiyalar təhlükəsinə görə, Ermənistan banklarının əksəriyyəti “Mir” kartları ilə əməliyyatları dayandırıb. O vaxtdan bəri Rusiya ödəniş sisteminə məxsus kartlardan vəsaitin çıxarılması yalnız VTB bankomatları vasitəsilə mümkün olur.
TAHİR