ABŞ prezidenti Donald Tramp Dohada HƏMAS danışıqlar qrupuna hücumdan sonra İsrail və Qətərlə danışıqlar aparıb. Bu barədə Ağ Evin açıqlamasında bildirilir.
Ağ Ev bəyan edib ki, Tramp Qətəri belə bir hücumun bir daha baş verməyəcəyinə əmin edib.
İsrail Qətərdə Trampın Qəzza ilə bağlı təklifini müzakirə etmək üçün toplaşan HƏMAS heyətini hədəf alıb. HƏMAS açıqlama yayaraq, HƏMAS-ın Qəzza lideri Xəlil əl-Həyyanın oğlu da daxil olmaqla beş üzvünün hücumda həlak olduğunu bildirib. Qeyd edilir ki, HƏMAS nümayəndə heyətinə qarşı sui-qəsdi “uğursuz” olub.
HƏMAS İsrailin hücumla Qəzza zolağında atəşkəs və əsir mübadiləsi danışıqlarını pozmağı hədəflədiyini bildirib.
Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani isə İsrailin paytaxt Dohada HƏMAS danışıqlar qrupuna hücumunu pisləyərək, hücuma cavab vermək hüquqlarının olduğunu bəyan edib.
TAHİR