Ukrayna Rusiyaya ağır zərbə endirib. Bel ki, Krasnodar diyarında yerləşdirilən 39N6 "Kasta-2E2" RLS dəqiq zərbə ilə məhv edilib. Peyk görüntüləri də hücumun təsirlərini təsdiqləyir. 60 milyon dollar dəyərində olan sistemin məhv edilməsi Moskvada müdafiə ilə bağlı narahatlığa yol açıb.
Uzun müddətdir Anapanın cənubunda fəaliyyət göstərən radar sistemi Rusiyanın cənub hava məkanını qoruyurdu. “Exilenova+” Telegram kanalının yaydığı xəbərə görə, hücum zamanı yaxınlıqdakı anqarlara da ciddi ziyan dəyib.
Hərbi hərbi mənbə bildirir ki, Moskva on ildən artıqdır ki, kritik missiyalar üçün bu radar sistemindən istifadə edir. Kasta-2E2 stansiyaları adətən qoruyucu günbəzlər altında gizlənir və hava məkanında, xüsusən də aşağı hündürlükdə uçan hədəfləri aşkar etmək üçün istifadə olunur.
Yerli sakinlər radar qurğusunun son illərdə qismən tərk edildiyini və hətta bir müddət turlar üçün istifadə edildiyini bildiriblər.
Məhv edilmiş Kasta-2E2 radar sistemi uçuş yollarını və hündürlük məlumatlarını əld edərək, Rusiyanın hava hücumundan müdafiə və kosmik qüvvələrinə ötürürdü. Radar, həmçinin hava limanları ərazisində hava hərəkətinə nəzarətdə mühüm rol oynayıb.
TAHİR