Ermənistanın Baş naziri Nikol Paşinyan Tokioda yaponiyalı həmkarı Şigeru İşiba ilə görüşü zamanı bəyan edib ki, ölkəsi yapon investisiyalarında maraqlıdır. N.Paşinyanın sözlərinə görə, Ermənistan ikitərəfli əməkdaşlığa yeni təkan verməyə hazırdır. Ermənistanın Baş naziri, həmçinin yaxın zamanda Ermənistan-Yaponiya biznes forumunun keçirilməsi planları barədə məlumat verib. O bildirib ki, bu, ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə və Ermənistana investisiyaların cəlb edilməsinə kömək edəcək.
Ş.İşiba öz növbəsində bildirib ki, Yaponiya Ermənistanla birgə təşəbbüslərin həyata keçirilməsində maraqlıdır. Yaponiyanın Baş naziri ümid edir ki, Ermənistan və Azərbaycan arasında sülh regionda uzunmüddətli sabitlik üçün əsas olacaq.
Mətləb