Böyük Britaniya Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırovu və Ahmet Kadırov Fondunu sanksiyalar siyahısına əlavə edib.
Sanksiyalara məruz qalanların Böyük Britaniyadakı aktivləri dondurulacaq. Bundan başqa, siyahıda olanların ölkəyə girişi də qadağan edilib.
London hökumətinin açıqlamasına görə, Aymani Kadırovun siyahıya daxil edilməsi Axmet Kadırov Fondunun rəhbəri kimi Moskvanın nəzarətində olan ərazilərdə “Rusiya hökumətinin ukraynalı uşaqların hərbi-vətənpərvərlik ruhunda yenidən tərbiyə etmə proqramına” dəstək verməklə “Ukraynada sabitliyin pozulmasında iştirak etməsi və ya əli olması” ilə bağlıdır.
Xatırladaq ki, Britaniya hökuməti sanksiyaların tətbiq olunduğu 11 şəxs və qurumu Ukraynanı ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətlərdə ittiham edib.
Tatarıstan Baş nazirinin müavini Leyla Fazleyevaya da sanksiya tətbiq edilib.
TAHİR