BMT-nin azı 20 əməkdaşı Yəmənin husi üsyançıları tərəfindən saxlanılıb. Bu barədə "The Times of Israel" BMT baş katibinin mətbuat katibi Stefan Dyujarrikin bəyanatına istinadən məlumat yayıb. Onun sözlərinə görə, saxlanılanlardan 19 nəfəri BMT-nin yəmənli əməkdaşları, biri isə əcnəbidir. S.Dyujarrik bütün saxlanılanların dərhal azad edilməsinə çağırıb.
Mətləb