Əfqanıstanın Kunar əyalətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artır.
Hökumət sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, ölənlərin sayı 1411, xəsarət alanların sayı isə 3124 nəfərə çatıb, 5400-dən çox ev isə tamamilə dağılıb.
Axtarış-xilasetmə işləri davam edir. Rəsmilər ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
TAHİR