Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının hazırladığı hesabata görə, 129 kiçik şəhər ölkə xəritəsindən tədricən yox olmaq təhlükəsi ilə üzləşib. Bu şəhərlərdə ümumilikdə 3,4 milyon insan yaşayır.
Bildirilir ki, şimalda kömür, metallurgiya və meşə sənayesinin olduğu şəhərlər, eləcə də bəzi bölgələrin ətrafındakı yaşayış məntəqələri ən böyük risq altındadır. Hesabatda xüsusilə şimal bölgələrindəki sənaye şəhərlərinin risq altında olduğu vurğulanır.
Qeyd edilir ki, Sverdlovsk vilayətinin Verhniy Tagil, Bryansk vilayətinin Trubçevsk, Komi Respublikasının İnta, Kareliyanın Kem və Medvezheqorsk, Tver vilayətinin Torjok kimi şəhərləri əhalinin azalması, işsizliyin artması, sənaye böhranları, kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalması səbəbindən risq altındadır.
Rusiyanın kiçik şəhərlərinin üzləşdiyi ən böyük problemin əhalinin azalması olduğu bildirilən hesabatda bildirilir ki, gənclərin böyük şəhərlərə və ya xaricə miqrasiyası sözügedən şəhərləri iqtisadi cəhətdən zəiflədir. Sənaye obyektlərinin bağlanması və ya istehsal gücünün azalması isə işsizliyi artırır.
Müəlliflər bildirir ki, sənaye böhranları şəhərləri iqtisadi cəhətdən çökdürür və bu şəhərlərin tədricən tərk edilməsinə və onların xəritədən silinməsinə gətirib çıxarır.
TAHİR