Əfqanıstanda Pakistanla sərhəd yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən ölənlərin sayı 800 nəfərə çatıb, 2500-ə yaxın insan yaralanıb.
XXX
Əfqanıstanda zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Bu barədə NBC telekanalı məlumat yayıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib. "Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik", - ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib. Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün "insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq".
***
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb, 1000-dən çox insan yaralanıb. Bu barədə "Sky News" məlumat yayıb. Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.
Mətləb