Rusiya XİN İsrailin İrana hücumu zamanı Moskva tərəfindən İsrailə kəşfiyyat məlumatları ötürülməsi iddialarına münasibət bildirib. XİN sözçüsü Zaxarova iddiaları düşmən qüvvələrin saxtakarlığı adlandırıb.
Zaxarova bunun arxasında həm Moskvaya, həm də Tehrana düşmən qüvvələrin olduğunu bildirib.
Söhbət dost ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa xələl gətirməyə yönəlmiş dezinformasiya kampaniyasından gedir. Bəlkə də bu, məqsədlərdən biridir - Rusiyanın cənub qonşusuna, dostuna qanuni hüquqlarının və milli maraqlarının qorunmasında verdiyi və verdiyi ardıcıl dəstəyi gözdən salmaqdır"- deyə Rusiya XİN sözçüsü bildirib.
ZÜMRÜD