Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalında “Maduro Plus ilə” verilişində ABŞ-a cavab verib. Ölkəsinin narkotika qaçaqmalçılığı barədə ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab olaraq N.Maduro bildirib ki, Venesuela narkotikdən azad ölkədir və Kolumbiyalı narkotik kartelləri ölkədəki kokainin yalnız 5 faizini onun ərazisindən qaçaqmalçılıq yolu ilə keçirməyə çalışırlar. SİTAT: "Venesuela təmiz ölkədir, narkotik ticarəti, koka bitkiləri və kokain istehsalından azaddır".
Mətləb