ABŞ Dövlət katibi Marko Rubio bu gün Avropa ölkələrindən və Ukraynadan olan milli təhlükəsizlik məsləhətçiləri ilə görüş keçirəcək, burada Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi müzakirə olunacaq. Bu barədə "New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Rubio həmkarları ilə "həssas diplomatik danışıqlar" aparacaq. Bu danışıqlarda Ukraynaya təhlükəsizlik zəmanətlərinin necə verilə biləcəyi müəyyən ediləcək.
Mətləb