Xəbər verdiyimiz kimi, İran Taliban rəhbərliyindən İngiltərəyə xidmət edən cəsusların siyahısını tələb etmişdi. İngiltərənin nüfuzlu “The Telegraph” qəzeti yazır ki, Taliban ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayəndələrinin Kabildə keçirdiyi görüşlərdən sonra Britaniya kəşfiyyatçıları ilə bağlı məlumatları Tehrana təqdim edib. Məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Talibanın şərti onların rəsmi Əfqanıstan hökuməti kimi tanınması olub. Bu öhdəliyi isə SEPAH öz üzərinə götürərək İran rəhbərliyini Talibanı dövlət səviyyəsində tanımağa razı salmağa çalışır.
Mətləb