Rusiya və Ukrayna İstanbulda əldə olunan razılaşmadan sonra yeni məhbus mübadiləsinə dair razılığa gəlib. Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə keçirilən proses çərçivəsində yeni məhbus mübadiləsi baş tutub. Hər iki ölkə qarşılıqlı olaraq 84 əsgərini azad edib.
Ukrayna prezidenti Vladimir Zelenski öz “Telegram” hesabında 84 ukraynalı məhbusun ölkəyə qayıtdığını bildirib. Zelenski mübadilə edilənlər arasında həm hərbçilərin, həm də mülki şəxslərin olduğu qeyd edilib.
"Onların demək olar ki, hamısının tibbi yardıma və əhəmiyyətli reabilitasiyaya ehtiyacı var" - deyən Zelenski, Birləşmiş Ərəb Əmirliklərinə məhbus mübadiləsinə verdiyi töhfəyə görə təşəkkür edib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, hərbçilər hazırda Belarus ərazisindədir. Mübadilə prosesində BƏƏ vasitəçilik edib. Əvəzində 84 Ukrayna Silahlı Qüvvələrinin hərbçisi qarşı tərəfə təhvil verilib.
TAHİR