İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əl Laricani bu vəzifədə ilk səfərini avqustun 11-də İraqa edəcək. Bu barədə məlumatı "Mehr" agentliyi yayıb. Ə.Laricani bildirib ki, İraqla təhlükəsizlik üzrə razılaşma imzalanacaq. O, İSNA-ya müsahibəsndə İraq və Livana yola düşməzdən əvvəl səfərinin məqsədləri barədə danışıb: “Bu səfər iki hissədən ibarətdir: Birinci səfər İraqa olacaq. İraq bizə dost və qonşu ölkədir və bu dövlətlə yüksək səviyyədə ticarət əlaqələrimiz var”.
Mətləb