ABŞ-ın baş prokuroru Pam Bondi X hesabında maraqlı məlumat açıqlayıb. P.Bondi bildirib ki, Vaşinqton Venesuela prezidenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumat üçün verilən mükafatın məbləğini 50 milyon dollara qədər artırıb. SİTAT: "Maduro ABŞ-a ən çox narkotik çatdıran “beynəlxalq terror təşkilatlarından istifadə edir”. Onun sözlərinə görə, bu, ABŞ-ın “milli təhlükəsizliyin təhlükə yaradır”.
2020-ci ilin martında Birləşmiş Ştatlar Maduronu, eləcə də bir sıra digər hökumət rəsmilərini narkotik terrorizmdə iştirakda ittiham edərək onun həbsinə imkan yaradacaq məlumat üçün 15 milyon dollar mükafat təyin edib.
Mətləb Salahov