ABŞ Prezidenti Donald Tramp artıq Rusiyaya ən yaxın olan ölkələri belə öz təsir dairəsinə çəkməyə başlayıb. Artıq Serbya da ABŞ ilə əməkdaşlıq yolunu seçib. Belə ki, Serbiya və ABŞ rəsmiləri iki ölkə arasında strateji dialoqun tezliklə başlanması barədə razılığa gəliblər.
Bu barədə Vaşinqtonda səfərdə olan Serbiyanın xarici işlər naziri Marko Curiçlə ABŞ Dövlət katibi Marko Rubionun görüşündə razılıq əldə olunub. Marko Curiç bu səfəri Serbiyanın ABŞ administrasiyası ilə yeni strateji mövqe tutması üçün mühüm fürsət kimi qiymətləndirib.
Mətləb Salahov