ABŞ əcnəbilərə ölkəyə giriş vizalarının 15.000 dollara qədər nağd depozit qarşılığında verilməsi üçün pilot proqrama başlayır. Bu barədə məlumatı Dövlət Departamenti açıqlayıb. Departamentin saytında yerləşdirilən məlumata əsasən, proqram yalnız işgüzar və turist vizalarının (kateqoriya B-1 və B-2) verilməsinə və ölkəyə daxil olduqdan sonra ABŞ-da icazə verilən qalma müddətindən qeyri-qanuni olaraq çox olanların əhəmiyyətli hissəsinin qeydiyyata alındığı ölkələrin vətəndaşlarına şamil edilir.
Bundan əlavə, nağd pul depoziti seçimi biznes və ya turist vizası üçün ərizəçinin Amerika tərəfinin yoxlaması zamanı ABŞ konsulluq idarələrinə özləri haqqında kifayət qədər məlumat vermədiyi hallarda istifadə olunacaq.
Mətləb