Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə gedəcək. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBK-Ukrayna”ya müsahibəsində bildirib. Səfərin əsas mövzusu ölkələr arasında azad ticarət sazişinin ratifikasiyası ilə bağlı ola bilər.
Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərinin təşkili üzərində fəal şəkildə işləyir. Ərdoğana şəxsi dəvəti Prezident Volodimir Zelenski çatdırıb və diplomatın qeyd etdiyi kimi, o özü Türkiyə lideri ilə son görüşü zamanı bu dəvəti təsdiqləyib.
Mətləb Salahov