BMT-nin Baş katibi Antonio Quterriş avqustun 3-də Qazaxıstana səfər edəcək. Qazaxıstan KİV-lərinin yazdığına görə, Baş katibin bu səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək. "Kasım-Jomart Tokayev və Antonio Quterriş Almatıda danışıqlar aparacaq, həmçinin BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzini ziyarət edəcəklər", - məlumatda bildirilib.