ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezidenti Medvedevin ünvanına kəskin ifadələr işlədib.
“Hindistanın Rusiya ilə nə etdiyi məni maraqlandırmır. Onlar birlikdə öz ölü iqtisadiyyatlarını məhv edə bilərlər, məni maraqlandırmır. Bizim Hindistanla çox az işgüzar münasibətimiz olub, onların rüsumları çox yüksəkdir, demək olar ki, dünyada ən yüksəkdir. Həmçinin Rusiya və Amerika Birləşmiş Ştatları demək olar ki, ortaq iş görmürlər.
Bunu olduğu kimi buraxaq və hələ də prezident olduğunu düşünən Rusiyanın uğursuz sabiq prezidenti, Medvedevə deyin ki, sözlərinə diqqət yetirsin, çünki çox təhlükəli əraziyə keçir” – deyə Tramp sosial şəbəkə hesabında yazır.
Qeyd edək ki, bu yaxınlarda D. Medvedev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə ABŞ-ı müharibə ilə hədələyib, həmçinin, bəyan edib ki, Rusiyanın Ukrayna ilə necə danışıqlar aparacağına qərar vermək Trampın işi deyil. O sosial şəbəkədə yazıb ki, Rusiya İsrail və ya İran deyil ki, ona qarşı ultimatumlar irəli sürülsün və Trampı “uyumuş Co Baydenin yolu”nu davam etdirməməyə çağırıb.
TAHİR