ABŞ prezidenti Donald Tramp deyib ki, Putin və Zelenski mütləq görüşəcəklər. Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp, "Bu görüş baş tutacaq. Bu, üç ay əvvəl baş verməli idi" deyib.
Tramp bu açıqlamaları ilə Kreml və Kiyev arasında birbaşa danışıqlara inandığını bir daha bəyan edib.
Tramp həmçinin qeyd edib ki, ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər.
"Yəqin ki, bu 50 günlük müddət bitmədən əvvəl edilə bilər, bu mümkündür" - deyən Tramp, münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunmazsa, Vaşinqtonun daha sərt addımlar ata biləcəyini ifadə edib.
ZÜMRÜD