Daha bir dövlət Fələstinlə bağlı mühüm qərar verməyə hazırlaşır. Kanada hökumətinin başçısı Mark Karni “X”də bəyan edib ki, Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir. “Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, - Karni yazıb. O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşündə fəal çalışacaq.
Mətləb