Çinin "Pop Mart" şirkəti ABŞ-nin "7-Eleven" mağazalar şəbəkəsini saxta Labubu oyuncaqları satdığına görə məhkəməyə verib. Bu barədə Şanxayın “Jiemian” nəşri yazır. İddiaya səbəb amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda "7-Eleven" mağazasında 25 dollara satılan saxta əşyaların nümayişi olub. Orijinal "Pop Mart" oyuncaqlarının qiyməti demək olar ki, eynidir, lakin "7-Eleven"də oyuncaqlar və qablaşdırma çox aşağı keyfiyyətə malikdir.
Mətləb