Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına "yaşıl işıq" yandırdı...

Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyəyə 40 ədəd “Eurofighter” döyüş təyyarəsinin satışı ilə bağlı Ankaranın sorğusunu müsbət cavablandırıb.
“Eurofighter” döyüş təyyarələri Almaniya, İngiltərə, İtaliya və İspaniyanın yer aldığı konsorsium tərəfindən istehsal edilir. “Spiegel” qəzeti 40 təyyarənin ümumi dəyərinin təxminən 4,75 milyard avro olduğunu bildirib.
Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts Londonda Britaniyanın Baş naziri Keir Starmer ilə birgə mətbuata bəyanatında “Eurofighter” təyyarələrinin Türkiyəyə satışı ilə bağlı müsbət mövqe nümayiş etdirmişdi. Kansler bu barədə sualı cavablandırarkən ixracla bağlı müsbət qərarın qəbulu istiqamətində irəliləyişlərin olduğunu vurğulamışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da son açıqlamalarının birində “Eurofighter” təyyarələrinin yaxın vaxtda alınacağına ümidvar olduğunu açıqlamışdı.
ZÜMRÜD