İranın 2 sərhədçisi öldürüldü

İranın Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı Sərhəd Alayının sərhədçiləri ilə qanunsuz silahlı qrup arasında bölgənin Bane şəhərində silahlı toqquşma nəticəsində iki sərhədçi ölüb. Bu barədə Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı briqada generalı Fərəc Rüstəmi bildirib.
Briqada generalı bildirib ki, sərhəd alayının patrul qrupu sərhədi bağlamaq və icazəsiz hərəkətin qarşısını almaq məqsədilə sərhədin sıfır nöqtəsində xidmət edərkən “düşmən əks-inqilabi qruplaşmanın elementləri ilə qarşılaşıb”, onlara intensiv və güclü atəş açıb.
Mətləb