Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

Somali hökuməti üçün hərbi texnika daşıyan türk yük gəmisi ələ keçirilib. "Somali Guardian" nəşrinin yazdığına görə, gəminin ələ keçirilməsinə görə məsuliyyəti öz üzərinə tanınmamış "Puntland dövləti" götürüb. Gəmidə müasir zirehli döyüş maşınları, zenit topları və digər silahlar aşkarlanıb.
Gəminin saxlanıldığı dəqiq yer hələlik açıqlanmır. Somalinin şərq hissəsində yerləşən Puntland 1998-ci ildə özünü "muxtar dövlət" olaraq elan edib.
Mətləb Salahov