Polşa vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı...

Polşa Xarici İşlər Nazirliyi Rusiyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Nazirliyin internet saytında yerləşdirilən açıqlamada bildirilir ki, həyati, ailə və ya peşə səbəblərindən qalma ehtiyac olmadıqca, Polşa vətəndaşlarına bütün mövcud kommersiya və ya şəxsi vasitələrlə Rusiyanı tərk etmələrini tövsiyə edirik.
Çağırışın hansı səbəbdən edildiyi isə açıqlanmır.
Qeyd edək ki, bu çağırışdan əvvəl, həftə sonu Kalininqrad sərhəd-keçid məntəqələrində uzun növbələr yaranıb.
TAHİR