Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxmasına qərar verib.
Ağ evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Tramp ABŞ-ı mübahisəli, bölücü mədəni və sosial layihələri dəstəkləyən təşkilat olan UNESCO-dan çıxarmaq qərarına gəlib. Onun sözlərinə görə, bu layihələr amerikalıların noyabrda səs verdiyi sağlam düşüncə siyasətinə tamamilə ziddir”.
ABŞ mediasının yazdığına görə, Ağ ev qiymətləndirmə apardıqdan sonra belə qənaətə gəlib ki, UNESCO daha çox “Fələstin və Çini dəstəkləyən” yanaşma nümayiş etdirir.
Kelli əlavə edib: “Prezident həmişə Amerikanın maraqlarını üstün tutacaq və ölkənin milli maraqlarına cavab verən bütün beynəlxalq təşkilatların üzvü olaraq qalmasını təmin edəcək”.
Fevral ayında Tramp öz administrasiyasına ABŞ-ın UNESCO-da üzvlüyünün davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı 90 günlük araşdırma aparmağı tapşırmışdı.
ZÜMRÜD