Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

"İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək." “Mehr” agentliyinin xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. O qeyd edib ki, ABŞ-nin sanksiyalarına baxmayaraq İranın uranı zənginləşdirməsinin qarşısını almaq çətin olacaq: “Biz zənginləşdirmədən imtina edə bilmərik, çünki bu bizim alimlərimizin nailiyyətidir. Bu, milli qürur məsələsidir. Zənginləşdirmə bizim üçün çox dəyərlidir”.
Nazir ötən ay ABŞ-nin zərbələri nəticəsində İranın nüvə obyektlərinə dəyən ziyanın "ciddi" olduğunu təsdiqləyib. Ancaq o, zərbələrdən sonra zənginləşdirilmiş uranın salamat qalıb-qalmadığını şərh etməyib: “Ziyanın dərəcəsini indi atom enerjisi üçün məsul olan təşkilatımız qiymətləndirir".
Mətləb